Ötən il Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 58 nəfərə professor elmi adı verilib.
Bu barədə Bizim.Media-ya Ali Attestasiya Komissiyasından məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Ötən ay neçə nəfərə elmi dərəcə verilib?
Bildirilib ki, onlardan 10 nəfərə texnika elmləri üzrə, 7 nəfərə tibb elmləri üzrə professor adı verilib.
Riyaziyyat, biologiya, tarix, sənətşünaslıq, filologiya elmlərinin hər biri üzrə 4 nəfər professor elmi adı alıb.
Həmçinin kimya, iqtisad elmləri, hüquq elmlərinin hər biri üzrə 3 nəfər, fəlsəfə, psixologiya, pedaqogika, fizika elmlərinin hər biri üzrə 2 nəfər, aqrar elmlər, coğrafiya, memarlıq, milli təhlükəsizlik və hərbi elmlərin hər biri üzrə isə 1 nəfər professor elmi adına layiq görülüb.
Bizim.Media