Polşada Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatı keçirilir.
“Football-plus.az” xəbər verir ki, 20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi bu gün son matçına çıxacaq. Səbuhi Əliyevin yetirmələti ev sahibləri ilə üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 20.00-da başlayacaq. Komanda daha əvvəl Ukrayna, Estoniya və Latviyaya 0:3 hesabı ilə uduzub.
Qeyd edək ki, bu gün başa çatacaq yarış AÇ-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta