AZ

Azərbaycan millisi son turda ev sahiblərinə uduzdu

20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Polşada keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında son matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, Səbuhi Əliyevin baş məşqçisi olduğu yığma ev sahibləri ilə üz-üzə gəlib.

Görüş Polşanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda daha əvvəl Ukrayna, Estoniya və Latviyaya da eyhi hesabla uduzub.

Yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Seçilən
269
2
sportinfo.az

10Mənbələr