Ağdam, 15 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
On səkkiz yaşım var. Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində ilk dəfə səs verəcəyəm. Bunun üçün həm sevincli, həm də qürurluyam.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsi Elnarə Allahverdiyeva söyləyib.
Əslən Şuşadan olan və Ağcabədi rayon 556 saylı qəsəbədə yaşayan gənc builki seçkilərin ilk dəfə olaraq ölkəmizin bütün ərazisini əhatə edəcəyini vurğulayaraq deyib: “Nəhayət ki, 30 ildən sonra ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Bütün torpaqlarımız işğaldan azad edildi. Seçkilərdə həm də qalib ölkənin qalib vətəndaşı kimi səs verəcəyəm. Bütün gəncləri prezident seçkilərində fəal iştirak etməyə, layiq bildikləri namizədə səs verməyə çağırıram”.