AZ

Faiq Sücəddinov: Xalqımız tarixi zəfərlərin qürurunu yaşayır

“Ölkəmizdə fevralın 7-ə təyin olunan prezident seçkilərinin azad,  demokratik və şəffaf şəraitdə keçiriləcəyinə inanırıq”.

Bu fikri tanınmış bəstəkar, Xalq artisti Faiq Sücəddinov bildirib.

F.Sücəddinov qeyd edib ki, bu seçkilər ölkəmiz üçün çox əlamətdardır: “Mən Azərbaycanın bir bəstəkarı kimi deyə bilərəm ki, ölkəmizdə musiqiyə, mədəniyyət sahəsinə böyük diqqət göstərilir. Prezident İlham Əliyevin qayğısı nəticəsində bu sahədə böyük   uğurlar  qazanılıb”.

Xalq artisti vurğulayıb ki, seçki ərəfəsində vətəndaşlarımızın əhval-ruhiyyəsi çox yüksəkdir: “Xalqımız qazanılan tarixi zəfərlərin qürurunu yaşayır. Biz hamımız xoşbəxt və qürurluyuq ki, suverenliyimiz və ərazi bütövlüyümüz tam təmin edilib. Zəfərin əsas qəhrəmanı isə Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Ona görə də mən bütün xalqımızı, seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və yekdilliklə cənab İlham Əliyevə səs verməyə çağırıram”.   

Seçilən
201
39
yeniazerbaycan.com

10Mənbələr