AZ

TFF bizimkilərin oyun idarə etməsinə icazə vermir

Bir müddət öncə Azərbaycanın elit kateqoriyalı və 1-ci dərəcəli hakim və köməkçi hakimlərinin təlim-məşq toplanışı üçün yanvarın 8-18-i aralığında Antalyada olacaqlarını xəbər vermişdik.

Görəsən, hakimlərimiz Türkiyədə, ümumiyyətlə, oyun idarə edəcəkmi? Bəs Türkiyədə olan ölkə klublarının oyunlarını idarə etmələrinə də icazə verilmir?

Bu suallara cavab tapmaq üçün AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli ilə əlaqə saxladıq:

“Yəqin ki, oyun idarə etməyəcəklər. Türkiyə Futbol Federasiyası qərar verib ki, hazırlıq matçlarını ordakı yerli hakimlər idarə etsin. Qeyri-rəsmi şəkildə, bəlkə də təşkilatçılarla danışıb bunu etmək olar. Amma rəsmi şəkildə mümkün deyil”.

KAMAL SƏFƏR
Seçilən
153
23
football-plus.az

10Mənbələr