AZ

Türkiyədə FETÖ üzvü olmaqda şübhəli bilinən keçmiş polislər Yunanıstana qaçarkən yaxalanıb

Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Avropa Voleybol Konfederasiyasından (CEV) növbəti təyinat alıblar.

Azərbaycan Voleybol  verilən məlumata görə, Zaur Hacıyev qadın voleybolçular arasında Çağırış Kubokunda 1/4 final mərhələsinin matçında iş başında olacaq.

O, Türkiyənin “Nilüfər Bələdiyə Bursa” və Rumıniyanın “C.S.M. LUGOJ” klublarının qarşılaşmasında ikinci hakim olacaq. İlk görüşdə qonşu ölkə təmsilçisi səfərdə qələbə qazanıb - 3:1.

Digər beynəlxalq dərəcəli hakim Fuad Ağayev isə CEV kubokunda pley-off mərhələsinin oyununu idarə edəcək.

O, kişi voleybolçulardan ibarət Türkiyənin “Fənərbağça” və Ukraynanın “Prometey” klublarının cavab matçında ikinci hakim funksiyasını yerinə yetirəcək. İlk görüş Ukrayna klubunun qələbə ilə yekunlaşıb - 3:1.

Qeyd edək ki, hər iki oyun bu gün gerçəkləşəcək.

Seçilən
169
23
moderator.az

10Mənbələr