AZ

Oğurlanan tablo sahibinə qaytarıldı – 54 il sonra

1969-cu ildə Nyu-Cersidə oğurlanan 18-ci əsrə aid Britaniya tablosu yarım əsrdən sonra Böyük Depressiya zamanı onu 7500 dollara alan ailəyə qaytarılıb.

Lent.az bu barədə The Associated Press-ə istinadən xəbər verir.

Təxminən 1784-cü ilə aid olan rəsm, sahibi ilə bağlı qərar çıxarılana kimi Federal Təhlükəsizlik Bürosunun nəzarətinə götürüldü və rəsmin ilk sahibinin oğlu olan 96 yaşlı Frensis Vuda qaytarıldı.
40x50 düym (102x127 sm) ölçülü "Məktəbli xanım" adlı rəsm əsəri Londondakı “Tate Britain” incəsənət qalereyasındakı oxşar əsərin bacısıdır.
 

Seçilən
452
7
lent.az

10Mənbələr