“Uşaqlıqda travmalarım çox olub. Valideynlərimi incitmişəm”.
Bizim.Media xəbər verir ki, bu sözləri Tolik ləqəbi ilə şou-biznesdə məşhurlaşan aparıcı və prodüser Tarix Əliyev qonaq olduğu “Sözbaz” maqazin verilişində deyib.
Tolik bildirib ki, anasına kreditlə aldırdığı telefonu itə dəyişdirib:
“Anamı çox incitmişəm. Mobil telefonlar təzə çıxmışdı. Anamı məcbur etdim ki, mənə ən son model “Ericson” mobil telefonunu alsın. Əvvəlcədən 90 dollar pul verirdin, sonra isə 24 ay kredit ödəyirdin. Şamil Əzizbəyov 47 ünvanına köçdük. Akademik Milli Dram Teatrının yanında mobil telefonu itə dəyişdim. İtlə gəldim evə. Anam söylədi ki, bu nədir belə? Dedim ki, mobil telefonu itlə dəyişdirdim. Dedi ki, sən dəlisən, o telefonu kreditlə almışam. Etdiklərimi anlamırdım”.
Rəşad Əliyev, Bizim.Media