Tarix: 31 Yanvar 2024 01:05
Xalq artisti Nisə Qasımova açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, 69 yaşlı sənətkar qonaq olduğu "Dəyişən cavab" verilişində karyerası boyunca həmkarlarından aldığı zərbələrdən söz açıb.
Qasımova bildirib ki, bu sənəti seçdiyinə görə peşmandır:
"Keçmişə qayıtmaq şansım olsaydı, bu sənətə gəlməzdim, müğənni olmazdım. Müğənni olduğuma görə kürəyimdən, ürəyimdən "vurulmuşam". Allahım şahiddir ki, bütün vücudumda iliklərimə qədər o yaralar, izlər getmir. Gücüm də ondan ibarətdir ki, insan döyülər də, söyülər də, onu alçaldıb, ucaldarlar da... Sən o içindəki "səni" niyə aşağı salıb, aşağılayırsan? Axı, sən güclüsən..."
Milli.Az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta