AZ

Qəzza məhv ediləcək: ABŞ-ın Türkiyə və Azərbaycana qurduğu tələ – Generaldan sensasion iddia

“İsraillə Fələstin arasında başlayan müharibə əslində iki dövlət arasında gedən müharibədir. Ancaq hadisələrin irəliləməsindən sonra bu müharibənin regional, daha sonra qlobal müharibəyə çevrilməsi ehtimalı güclüdür”.

Bu sözləri Publika.az-a açıqlamasında hərbi psixoloji və kəşfiyyat məsələləri üzrə türkiyəli ekspert, keçmiş hərbçi Coşkun Başbuğ bildirib.

Hücumu İsrailin qəsdən təşkil etdiyini deyən ekspert hücum bəhanəsi ilə Qəzzanın məhv ediləcəyini diqqətə çatdırıb:

“Arxa planda Mossad var. Onun məqsədi İsrailin Qəzzanı işğal etməsi idi. Bu hücumu bəhanə edərək Qəzza məhv ediləcək. Plan hazırda işləyir. İkinci plan Amerika təyyarədaşıyanlarının bölgəyə gətirilməsi idi. Siz bir partizanla qarşılaşırsınız və nəhəng bir təyyarədaşıyan göndərirsiniz. Burada bir niyyət olmalıdır.

İsraillə Fələstin arasında başlayan müharibə əslində iki dövlət arasında gedən müharibədir. Ancaq hadisələrin inkişafından sonra bu müharibənin regional, daha sonra qlobal müharibəyə çevrilməsi ehtimalı güclüdür. Bu cümləni niyə qururam? Çünki Amerikanın bölgəyə müdaxiləsi ilə vəziyyət dəyişdi. Normalda Qəzzanı işğal etmək üçün səbəb yaratmalı olan İsrail bunu arxa planda planlaşdırdı və bundan faydalanaraq, bu hücumu səbəb göstərərək Qəzzaya hücum başlatdı. Amma Amerika dərhal işə qarışdı və sona qədər İsrailin yanında olduğunu deyərək, İsrailin tərəfində olduğu mesajını vermək və bölgəyə bir təyyarədaşıyan gəmi, onu müşayiət edən gəmilər və hərbi personal göndərməklə hazırlıqlara başladı. Ancaq Amerikanın niyyəti əsla bu deyil. Amerika bu təyyarədaşıyanları və digər gəmiləri partizan müharibəsi aparan HƏMAS adlı struktura qarşı göndərir?

Belə bir qeyri-mütənasiblik ola bilər? Normalda otuz minə yaxın insanla müharibə aparan struktura nəhəng bir təyyarədaşıyan gəmi göndərirsiniz. Bu faktı görməkdə fayda var”.

Ekspert hesab edir ki, Amerikanın İsrailə hərbi yardım etməkdə əsas məqsədi regionda və Qafqazda baş verən hadisələrə müdaxilə edə bilməsidir:

“Bu sualı verməliyik: Amerika niyə belə bir şey edir? Onun məqsədi nədir? Amerika bölgəyə təyyarədaşıyan gəmi göndərməklə İsrailin işğalını qanuniləşdirir və müdaxilə etmək istəyənləri qorxudur. İkincisi, bu həm də regionda baş verən bəzi proseslərə müdaxilə etmək niyyətini və istəyini göstərir. Bu proseslər nələrdir? Qafqazda baş verən hadisələr, Türkiyənin İraq və Suriyada aparacağı əməliyyatları, Afrikadakı hadisələr. Təyyarədaşıyan gəmi və onun bölgəyə gətirdikləri ilə regiondakı ölkələri qorxutmaq. Burada fərqli bir məqsəd var və Amerikanın əsas niyyəti də budur. Xüsusilə Türkiyənin həm Azərbaycanda, həm də İraq və Suriyada hərəkətlərinə qarşı çəkindirici qüvvə yaratmaq.

Lakin Qafqazda bu mübarizəni aparan nə Türkiyə, nə də onun qardaşı Azərbaycan bu tələyə düşməyəcək. Bunlar Amerikanın hesablamalarıdır. Bizim də hesabımız var. Ona görə də Amerika təyyarədaşıyan gəmisini göndərməklə bu siyasətə nail olacağını düşünür. Buradan heç nə əldə edə bilməz. Ancaq belə bir risk var: İş regional müharibəyə keçəcəksə, bir anda qlobal müharibəyə çevrilə bilər. Çünki bura bir çox amillər qarışacaq. Bura Rusiya və Çin də daxildir”.

Seçilən
795
26
ulusal.az

10Mənbələr