AZ

I Liqa klubunun məşqçisi hakimləri təhqir etdiyi üçün cəzalandırılıb

Futbol üzrə I Liqa klubu MOİK-in məşqçisi Orxan Səfiyarov hakimləri təhqir etdiyi üçün cəzalandırılıb.

“Report” xəbər verir ki, XV turda “Qaradağ Lökbatan”la keçirilən oyunun sonlarında qırmızı vərəqə alan mütəxəssis 5 matçlıq diskvalifikasiya olunub.

Ordu klubu buna görə 400 manat cərimə edilib. “Hərbçilər”in futbolçusu Nazim Məmmədzadə isə qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığından 3 oyunluq cəzalandırılıb, klubunu 200 manat ziyana salıb.

Seçilən
193
7
report.az

10Mənbələr