AZ

AFFA hakimi təhqir edən məşqçini cəzalandırdı 

Azərbaycan 1-ci Liqa klubu MOİK-in məşqçisi Orxan Səfiyarov hakimləri təhqir etdiyi üçün cəzalandırılıb. 

Yenisabah.az AFFA-nın saytına istinadən xəbər verir  ki, 15-ci turda “Qaradağ Lökbatan”la keçirilən oyunun sonlarında qırmızı vərəqə alan mütəxəssis 5 matçlıq diskvalifikasiya olunub, klub 400 manat cərimə edilib. 

MOİK-in futbolçusu Nazim Məmmədzadə isə qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığından 3 oyunluq cəzalandırılıb, klubunu 200 manat ziyana salıb. 


Telegram kanalımız
Seçilən
179
7
yenisabah.az

10Mənbələr