AZ

ÇL: “Atletiko” və “Borussiya” da 1/4 finalda!

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, son gündə 2 oyun keçirilib.

"Atletiko" ilk görüşdə 0:1 hesabı ilə uduzduğu "İnter"i qəbul edib. Matçın əsas və əlavə vaxtı "Atletko"nun 2:1 üstünlüyü ilə başa çatıb. Buna görə də penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq olan "Atletiko" 1/4 finala yüksəlib. 

Dortmund "Borussiya"sı isə ilk matçda heç-heçə etdiyi PSV-yə evdə 2:0 hesabıyla qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.

Bundan əvvəl "Bayern", PSJ, "Mançester Siti", "Real", "Arsenal" və "Barselona" da 1/4 finala vəsiqə qazanmışdılar. 1/4 finalın püşkü martın 15-də keçiriləcək və Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

UEFA Çempionlar Liqası
1/8 final mərhələsi

13 mart

"Atletiko" (İspaniya)  - "İnter" (İtaliya) - 2:1 (penaltilər 3:2)
Qollar: Qrizman, 35. Depay, 86 - Dimarko, 33.
İlk oyun - 0:1

"Borussiya" (Dortmund, Almaniya) - PSV (Niderland) - 2:0
Qollar: Sanço, 3. Roys, 90+5.
İlk oyun - 1:1

Seçilən
510
9
rekord.az

10Mənbələr