Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
Modern.az xəbər verir ki, sonuncu oyun günündə 2 matç keçirilib. "Atletiko" ilk görüşdə 0:1 hesabı ilə uduzduğu "İnter"i qəbul edib. Matçın əsas və əlavə vaxtı "Atletko"nun 2:1 üstünlüyü ilə başa çatıb. Buna görə də penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq olan (3:2) "Atletiko" 1/4 finala yüksəlib.
"Borussiya" (Dortmund) isə ilk matçda heç-heçə etdiyi PSV ilə evdə qarşılaşıb. Dortmund klubu 2:0 hesablı qələbə qazanaraq növbəti mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, "Atletiko"və "Borussiya" ilə yanaşı, "Bavariya", PSJ, "Mançester Siti", "Real", "Arsenal", "Barselona" da 1/4 finala vəsiqə qazanıb.
1/4 finalın püşkü martın 15-də keçiriləcək və Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.