AZ

Çempionlar Liqasının ilk finalçısı bəlli oldu

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda Dortmund "Borussiya"sı Parisin PSJ-sini məğlub edib.

Teleqraf.com xəbər verir ki, Fransa paytaxtının “Park des Princes” stadionunda keçirilən görüş 1:0 hesabı ilə başa çatıb. Bu görüşdə yeganə qolu Julian Brandtın ötürməsindən sonra Mats Hummels vurub. Qol oyunun 50-ci dəqiqəsində vurulub.

Dortmundda baş tutan ilk görüş 1:0 hesabı ilə "Borussiya"nın xeyrinə başa çatıb. Beləliklə, Almaniya yığması ümumi hesabda Çempionlar Liqasının finalına yüksəlib - 2:0.

Finalda Almaniya klubu "Real Madrid" - "Bavariya" qarşıdurmasının qalibi ilə mübarizə aparacaq. Bu komandaların ilk görüşü Münhendə baş tutub və 2:2 hesabı ilə yekunlaşıb. Cavab oyunu mayın 8-də Madriddə, Santyaqo Bernabeu stadionunda keçiriləcək.


Müəllif: Teleqraf.com
phrase_var_article.chosen
228
50
teleqraf.com

10phrase_var_article.sources