BQXK Qarabağda qalan ermənilərlə görüşdü: Ermənilər son durumla bağlı nə dedilər? - VİDEOÖtən gün Beynəlxalq Qırmızı Xaç Komitəsi Qarabağda qalan bir neçə sakinin axtarışının necə aparıldığını əks etdirən video yayımlamışdı..Adalet.az erməni mediasına istinadən bildirir ki, axtarışlar nəticəsində 4 nəfər tapılıb.“ Su gətirməyə gedirdim. Sizi uzaqdan gördüm, Qırmızı Xaç olduğunuzu anladım və sizə yaxınlaşdım” - deyə Qarabağda qalanlardan biri nə işığın, nə də televizorun işləmədiyini deyərək nə edəcəklərini bilmədiyini qeyd edib.“Mənə dedilər ki, heç kim qalmayıb. Amma bəlkə də mənim qohumlarım Xankəndidədir? Bilmirəm, onlarla əlaqə saxlamağa çalışdıq, olmadı. Əgər qohumlarım Xankəndidədirsə, mən burada nə edim? Baxmayaraq ki, onların orada olduğunu düşünmürəm. Yəqin ki, indi Ermənistandadırlar. Mən burada necə yaşamalıyam, kiminlə yaşamalıyam? Kişi yoxdur, tək ata, yetkin kişi. Atamın başqa yerdə ölməsini istəməzdim, çünki anam burada dəfn olunub, kədərlidir. İndi ona desəm: gedək Ermənistana, yolda öləcək. Onun 92 yaşı var, biz həmişə burada yaşayacağımıza ümid edirdik”, - deyə o bildirib. Qeyd edək ki, separatçıların təslim olmasından sonra Xocalı və Xocavənddə, o cümlədən, keçmiş Ağdərə rayonu ərazisindən ermənilər Xankəndiyə gətirilir. Ağdərədəki ermənilər sülhməramlılar tərəfindən Xankəndiyə aparılır, ötən ayın sonunda onların sayının 4 min olduğu deyilirdi. Əntiqə Rəşid
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta