AZ

AFFA prezidenti xarici həmkarları ilə görüşdü

Bu gün Tailandın paytaxtı Banqkokda FIFA-nın 74-cü Konqresi keçirilib.

Olaylar.az İdman.Biz-ə istinadən bildirir ki, AFFA-nın prezidenti Rövşən Nəcəf tədbir çərçivəsində bir sıra görüşlər keçirib.

O, Türkiyə, ABŞ, Fransa, Gürcüstan, Belarus, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Çexiya, Şotlandiya, Uels və Şimali İrlandiya futbol federasiyalarının rəhbərliyi ilə görüşüb. Görüşlər zamanı müxtəlif mövzularda fikir mübadiləsi aparılıb, gələcəkdə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Qeyd edək ki, FİFA-nın Konqresində Nəcəf və AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
223
18
olaylar.az

10Mənbələr