AZ

AFFA rəhbərliyi FİFA-nın Konqresində

Bu gün Taylandın paytaxtı Banqkokda FİFA-nın 74-cü Konqresi keçirilir.

"Football-plus.az" xəbər verir ki, tədbirdə AFFA-nın prezidenti Rövşən Nəcəf və icraçı vitse-prezident Sərxan Hacıyev iştirak edirlər.

Konqres çərçivəsində AFFA prezidenti Rövşən Nəcəf Türkiyə, ABŞ, Fransa, Gürcüstan, Belarus, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Çexiya, Şotlandiya, Uels və Şimali İrlandiya futbol federasiyalarının rəhbərliyi ilə görüşüb.

Görüşlər zamanı müxtəlif mövzülarda fikir mübadiləsi aparılıb, gələcəkdə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Seçilən
230
18
football-plus.az

10Mənbələr