AZ

Ombudsman: Fransanın etdikləri Cənubi Qafqazda dayanıqlı sülhə xidmət etmir

Müstəmləkəçilik problemi ilə üzləşən ölkələr ədalətin bərpası və müstəqilik qazanmaq uğrunda mübarizə aparmağa davam edir.

“İki sahil” xəbər verir ki, bunu Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfransda çıxışında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva eyib.

O, beynəlxalq təşkilatları bu məsələ ilə bağlı qeyri-effektivlik göstərməkdə və ikili standartlar nümayiş etdirməkdə qınayıb: “İkili standartlardan əziyyət çəkən ölklərədn də biri Azərbaycandır. Ermənistanın illər ərzində apardığı kəskin nifrət, etnik təmizləmə, terror və işğalçılıq siyasətindən azərbaycanlı mülki əhali əziyyət çəkib. Bizim ərazilərimizdə dini, tarixi, mədəni abidlər dağıdılıb, flora-fauna məhv edilib, ekosid, urbisid həyata keçirilib. Ermənistanın əssasız ərazi iddiaları ilə başlatdığı müharibə nəticəsində 4000-ə yaxın vətəndaşımız itkin düşüb, onların taleyi hələ də məlum deyil”.

Ombudsman deyib ki, Ermənistan illər ərzində Qarabğ və Şərqi Zəngəzur bölgəsini işğal altında saxlamaqla kifayətlənməyib, insanların həyatına təhlükə yaymaq, onlar arasında itkilərə səbəb olmaq üçün bu ərazilər minalanıb: “Bu minalar sakinlərimizin öz torpaqlarına təhlükəsiz qayıdışına, sürətli bərpa-tikinti işlərinə imkan vermir, insan itkilərinə səbəb olur. Ötən üç ildə mina qurbanların sayı 330-u keçib və onlar arasında mülki şəxslər üstünlük təşkil edir. Biz ərazi bütövlüyümüzün bərpasına nail olduq, Azərbaycan BMT qətnamələrini təkbaşına yerinə yetirib, regionda sülh və sabitlik üçün real zəmin yaradıb. Lakin özünü demokratiyanın beşiyi hesab edən Fransa kimi ölkələr beynəlxalq hüququn prinsiplərinə hörmətsizlik edərək sülh və əmin-amanlıq mühitin yaradılmasına mane olmağa davam edir. Hələ də dünyada müstəmləkə siyasəti ilə məşğul olan ölkələrin olması təəssüf doğurur. Bu ölkələr, öz vətəndaşlarının fundamental hüquqlarını pozanlar özlərini beynəlxlaq hüququn müdafiəçiləri kimi təqdim edirlər. Təcavüzkar dövlət müstəmləkədə saxladığı ölkələrin daxili qarşıdurmalarında rol oynayırlar”.

O deyib ki, Afrika ölkələrində ağır cinayətlər, dəhşətli qırğınlar törədilib: “Təkcə Əlcəzairdə ötən əsrdə baş verənlər bunu sübut edir. Ermənistanın etnik nifrət, terror siyasətini açıq şəkildə dəstəkləməklə son zamanlar Fransa ölkəmiz əleyhinə siyasətini gücləndirib. Bu siyasət ədalətli sülhün bərqərar olmasına deyil, iki qonşu xalq arasında düşmənçiliyin gücləndirilməsinə xidmət edir. Fransanın etdikləri Cənubi Qafqazda dayanıqlı sülhə xidmət etmir”.

O, BMT-də ciddi islahatların həyata keçirilməsi və təşkilatın fəaliyyətinin təkmilləşdirilməsinin vacib olduğunu da vurğulayıb.

Seçilən
299
50
ikisahil.az

10Mənbələr