Londonlu gənc milyonçudur, amma yenə də supermarketdə işləməyə davam edir.
Publika.az xəbər verir ki, bu barədə "The Sun" yazır.
23 yaşlı Ayobami Akejunun ümumi dəyəri 1,2 milyon funt sterlinq (təxminən 2,5 milyon manat) dəyərində on mülkü olsa da, yenə də həftənin 5 günü "Sainsbury's" mağazasında fəhlə işləyir. Özəl investorlarla əməkdaşlıq edərək daşınmaz əmlak əməliyyatlarından pul qazanan Akeju mülklərinin doqquzunu ötən il alıb.
Akeju izah edir ki, 20 yaşında olarkən on illik plan qurub. "Mən özümü heç nə ilə korlamıram, çox təvazökar yaşayıram və çox intizamlıyam" deyən Akejuya görə, işdən çıxsa, müdirləri üçün darıxacaq.
“Buna nail olmaq çox çətin idi, amma dözdüm. Gördüyüm hər işi, nə qədər çətin olsa da, kövrələrək xatırlayıram”, deyə Akeju etiraf edib.
O, ilk addımını 2021-ci ildə atıb. Sonra iki supermarketdə işləyib, evdə xəstələrə qulluq edib və "Amazonda gecə növbələrində çalışıb. Akeju ardıcıl üç gün yuxusuz qalmağı bacaran biri olb. Bu isə onun sağlamlığına mənfi təsir göstərib.