ABŞ-ın büdcə kəsiri son bir ildə 320 milyard dollar artaraq 1,7 trilyon dollara çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Canet Yellen və Ağ Evin İdarəetmə və Büdcə İdarəsinin rəhbəri Şalanda Yanqın birgə bəyanatında deyilir.
Sənəddə göstərilir ki, sentyabrın 30-da başa çatan 2023-cü maliyyə ilində ABŞ-ın büdcə xərcləri 6,1 trilyon dolları, gəlirləri isə 4,4 trilyon dolları ötüb. Beləliklə, 2022-ci maliyyə ilinin məlumatları ilə müqayisədə büdcə kəsiri 320 milyard dollar artaraq 1,7 trilyon dollara çatır. Bu, ABŞ-da ümumi daxili məhsulun 6,3 faizinə bərabərdir.
Müəllif: Teleqraf.com