AZ

ABŞ respublikaçıları İsrailə yardımın lehinə, Ukraynaya köməyin əleyhinədirlər

ABŞ-da bir qrup respublikaçı senator ayrıca layihə hazırlayıb və ona görə milyardlarla dollar yardım Ukraynaya deyil, İsrailə göndərilməlidir.

Musavat.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Nəşr vurğulayır ki, Konqresdə Bayden administrasiyasının həm İsrailə, həm də Ukraynaya yardım üçün 106 milyard dollarlıq paketi ilə bağlı gərginlik artmaqdadır.

Təşəbbüs müəllifləri izah edirlər ki, yardımın bölüşdürülməsi bu məsələnin Nümayəndələr Palatasında həllində gecikmələrin qarşısını alacaq, burada respublikaçıların sayı getdikcə Kiyev üçün hərbi maliyyənin davam etdirilməsinə qarşı çıxır.

Xüsusilə, Ceyms Vens, Miayk Li və Ted Kruz paketlərin bölünməsinin lehinə danışıb. Kanzas ştatından olan respublikaçı senator Rocer Marşall isə bu məsələni şərh edərkən deyb: “İsrailə hər hansı yardım edilməsi Ukraynaya on milyardlarla dollar göndərmək üçün rıçaq kimi istifadə edilməməlidir”.

Musavat.com

Seçilən
181
11
musavat.com

10Mənbələr