Azərbaycanın minifutbol milli komandası Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa çempionatında iştirak edəcək.
"Cebhe.info" xəbər verir ki, milli komandanın oyunlarının təqvimi açıqlanıb.
Komandamız ilk oyununu iyunun 2-si, saat 13:00-da Belçika millisinə qarşı keçirəcək.
Millimizin növbəti görüşü iyunun 3-ü saat 19:00-da İtaliyaya qarşı olacaq
Azərbaycan yığması iyunun 4-ü Fransa ilə qarşılaşacaq. Matç saat 19:00-da başlayacaq.
"Cebhe.info"