Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın minifutbol millisinin oyunlarının təqvimi açıqlanıb.
Bizim.Media xəbər verir ki, yığmamız ilk oyununu iyunun 2-si, saat 13:00-da Belçika millisinə qarşı keçirəcək. Komandamızın növbəti görüşü iyunun 3-ü saat 19:00-da İtaliyaya qarşı olacaq.
Son olaraq Elşad Qulyevin yetirmələri iyunun 4-ü Fransa ilə qarşılaşacaq.
Matçın start fiti saat 19:00-da səslənəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta