RU

Millimizin Avropa çempionatındakı oyunlarının vaxtı açıqlandı - FOTO

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın minifutbol millisinin oyunlarının təqvimi açıqlanıb. 

Bizim.Media xəbər verir ki, yığmamız ilk oyununu iyunun 2-si, saat 13:00-da Belçika millisinə qarşı keçirəcək. Komandamızın növbəti görüşü iyunun 3-ü saat 19:00-da İtaliyaya qarşı olacaq.

Son olaraq Elşad Qulyevin yetirmələri iyunun 4-ü Fransa ilə qarşılaşacaq. 

Matçın start fiti saat 19:00-da səslənəcək.


Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
150
14
bizim.media

10Источники