AZ

Belarus-AB sərhədində böyük tıxac yarandı

Belarus-Avropa Birliyi sərhədində 2 minə yaxın yük maşını gözləyir.

Globalinfo.az xəbər verir ki, bu barədə Belarus Dövlət Sərhəd Komitəsinin məlumatında bildirilib.

Məlumata görə, ən ağır vəziyyət Litva istiqamətindədir: “Kotlovka”da 110, “Kamennıy Loq”da 700, “Benyakoni”də 630, “Privalka”da 200 nəqliyyat vasitəsi tıxac yaradıb.

Latviya istiqamətində bir keçid məntəqəsi var və “Qriqorovşina”da yola düşmək üçün 230 yük maşını yığılıb.

Belarus-Polşa sərhədində yalnız “Kozloviçi”də sıra var – 40 avtomobil sərhəddən buraxılmağı gözləyir.

Seçilən
383
8
globalinfo.az

10Mənbələr