AZ

Serblərin çoxu Avropa İttifaqına üzv olmaq istəmir

"Tanjuq Faktor plus" agentliyinin sorğusuna əsasən, Serbiya vətəndaşlarının əksəriyyəti ölkənin Avropa İttifaqına daxil olmasına qarşıdır.

HİT.az xəbər verir ki, statistikaya görə, respondentlərin 41%-i Belqradın Aİ-yə qoşulmasına qarşı çıxıb. Respondentlərin daha 38%-i Serbiyanı siyasi birləşmədə görmək istədiyini bildirib. Sorğuda iştirak edənlərin daha 21%-i Avropaya inteqrasiya ilə bağlı suala cavab verməkdə çətinlik çəkib.

Bundan əvvəl Serbiya prezidenti Aleksandar Vuçiç CNN-ə müsahibəsində ölkənin Avropa İttifaqına üzvlüyünün onun üçün prioritet olduğunu bildirib.

Serbiyanın baş naziri Ana Brnabiç isə ölkənin 2030-cu ildə Avropa İttifaqına tamhüquqlu üzv olacağına əmin olmadığını bildirmişdi. O, həmçinin bildirib ki, Serbiyanın Avropa İttifaqına daxil olması bütün regionun təhlükəsizliyinin qarantı olacaq. Brnabiç qeyd edib ki, Qərbi Balkan dövlətləri sülh layihəsinin bir hissəsi olmalıdır. Onun fikrincə, Serbiyanın Avropa İttifaqı ilə əməkdaşlığı sayəsində Avropanın bu hissəsində uzunmüddətli sülh daha tez təmin oluna bilər.

Samir

Seçilən
390
10
hit.az

10Mənbələr