“Mədəniyyət və incəsənət sahəsinə dövlət büdcəsindən ayrılan vəsait çox azdır”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa parlamentin 31 may 2024-cü il tarixli plenar iclasında deyib.
Millət vəkili bildirib ki, bu sahə üçün ayrılan 198 milyon manatlıq vəsait az hesab olunmalıdır:
“Mədəniyyət sferasında çalışan insanların böyük əksəriyyəti çox aşağı əməkhaqqı alır. Vəsaitin az olması da bu cür yaradıcı potensialın ölkədə aşağı düşməsinə gətirib çıxarır”.
Firuzə Əliyeva