AZ

Deputat Vüqar Bayramov: Bizim üçün prioritet məsələ ərazilərimizin bərpası və təhlükəsizliyimizn gücləndirilməsidir

2024-cü il 7 iyun tarixində Milli Məclisin növbədənkənar sessiyasının iclasında deputat Vüqar Bayramov “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə çıxış edib.

O, "dörd aylıq yekunlar və proqnozlar onu deməyə əsas verir ki, iqtisadi templər daha da güclənib", deyə müzakiryə münasibətini bildirib. Deputat həmçinin qeyd edib ki, "neft sektorunda 1,7 faiz azalma proqnozlaşdırlısa da, 0,8 faiz artım olacaq. İnflyasiya 4 faiz proqnozlaşdırlsa da bu 2,7 faizdir. Məhz makroiqtisadi stabillik artımların qeyri –neft sektorunun hesabıan artırılacağını xəbər verir. 2024-cü il gəlirlərin yarısı qeyri-neft sektorunun payına düşəcək".

Vüqar Bayramov eləcə də "bizim üçün prioritet məsələ ərazilərimizin bərpası və təhlükəsizliyimizn gücləndirilməsidir ki, bir tərəfdən işğaldan azad olunmuş ərazilərimizin bərpasına 7 milyard 126 milyon manat vəsait, dövlət təhlükəsizliyin təmin olunmasına 4 milyard 815 milyon vəsait ayrılıb", deyə fikrini ifadə edib.

Ülviyyə, Hurriyyet.az

Seçilən
110
50
hurriyyet.az

10Mənbələr