Rus ordusu kamikadze pilotsuz uçan aparatlarla və raketlərlə Ukraynaya kütləvi şəkildə hücum ediblər.
Editor.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Nikolay Oleşçuk Telegram-da bildirib yazıb.
Ümumilikdə düşmən “Şahed-131/136” tipli 53 PUA ilə hücuma keçib ki, onlardan da 48-i vurulub. Generalın sözlərinə görə, rəqiblər həmçinin 5 ədəd Kh-555/Kh-101 qanadlı raketlər buraxıb və onların hamısı məhv edilib: “İyunun 7-nə keçən gecə… düşmən strateji aviasiya ilə Ukraynanın mühüm infrastruktur obyektlərinə – Tu-95MS bombardmançı təyyarələri Saratov vilayətinin hava məkanından və Primorsko rayonlarından Şahed-131/136 tipli PUA-lara hücum ediblər”, – deyə Oleşuk paylaşıb.
General-leytenant əlavə edib ki, düşmənin atdığı hava hədəfləri Kiyev, Xmelnitski, Xarkov, Kirovoqrad, Xerson, Odessa, Nikolayev, Zaporojye və Dnepropetrovsk vilayətləri daxilində məhv edilib.
//Samir Qurbanov, Editor.az