AZ

QURUB-YARATDIĞI ZAVODU ŞƏRİKİ ƏLƏ KEÇİRDİ... - Ramiz Qəhrəmanov bu işdə əli olan vəzifəli şəxslərin də adını çəkdi

Bakı şəhər sakini Qəhrəmanov Ramiz Qələndər oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə və Baş prokuror Kamran Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Cənab Prezident!

Cənab Baş prokuror!

2008-ci ildə Abşeron rayonu Aşağı Güzdək ərazisində 1 ha torpaq sahəsi alaraq, 2010-cu ilə qədər armatur zavodu inşa etdim. Bu barədə mənə məxsus əmlakın və torpağın çıxarışı var.

2010-2012-ci illər ərzində zavodu işlədərək, armatur istehsal etdim.

2012-ci ildə “Baku Steel Company” QSC-nin rəhbəri Rasim Məmmədov özünün qocu dəstəsi vasitəsi ilə bizim zavodun fəaliyyətini dayandırdı.

2016-cı ildə yenidən işə başladım. Uzun illər boyu tanıdıgım İlqar Əsədov adlı şəxs mənə təklif etdi ki, hər ikimiz əlavə vəsait qoyub, zavodun istehsal gücünü artıraq və gəliri bölək. Mən razılaşdım.

2016-cı ildə “Milan-A” şirkətini təsis edərək, mənə məxsus əmlakı “Milan-A” şirkətinə icarəyə verdik.

2016-2018-ci illər ərzində zavodun istehsal gücünü artırıb, işə başladıq. Elə həmin vaxtdan da problemlər başladı.

Belə ki, İlqar Əsədov mənə acıq şəkildə bildirdi ki, ya zavodu könüllü surətdə mənim adıma rəsmiləşdirməlisən, ya da birgə iş dövrümüzdə sənin qazanc əldə etməyinə imkan verməyəcəyəm. Ona bildirdim ki, mənə məxsus olan zavodu heç kimin adına rəsmiləşdirmək istəmirəm və sənə də bu qanunsuz əməllərindən əl çəkməyi təklif edirəm.

Bundan sonra İlqar Əsədov gizli surətdə Abşeron Rayon 2 Saylı Reyestr Xidmətində mənim əmlakımı saxta sənədlər əsasında özgəninkiləşdirməyə cəhd edib. Mənə məlumat çatan kimi, onun qanunsuz əməllərinin qarşısını aldım.

İlqar Əsədov 2018-2022-ci illər ərzində mənə məxsus olan zavodu işlədərək, mənə çatacaq dividendi ödəməyərək, qanunsuz hərəkətlərini davam etdirdi. Mən ona dəfələrlə bildirdim ki, mənə məxsus dividendi ödəyib, zavodu tərk etsin. O isə bildirdi ki, kimə şikayət edirsən et, xeyri olmayacaq, mənim arxamda duran qüvvələr də var, lazım olsa istənilən məsələni pul gücünə də həll edərəm.

Mən məcbur olub hüquq-mühafizə orqanlarına şikayət etdim. Nəticədə 20.09.2022-ci il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4, 308.2, 313, 188.4.2 və 213.3-cü maddələri ilə 222026303 nömrəli cinayət işi başlanıldı. Araşdırma nəticəsində cəmiyyətin xüsusilə külli miqdarda gəlirinin mənimsənilməsi və vergidən yayınma faktları öz təsdiqini tapdı. Korrupsiya idarəsinin müstəntiqi Tural Yaqubov öz qərarında əvvəlcə “Milan-A” MMC-nin direktoru Abdulla Hüseynovun saxta alış sənədləri və əmtəəsiz əməliyyatlarla 24 841 759.99 (İyirmi dörd milyon səkkiz yüz qırx bir min yeddi yüz əlli doqquz manat doxsan doqquz qəpik) mənimsəmə faktını və 7 792 604,28 (yeddi milyon yeddi yüz doxsan iki min altı yuz dörd manat) vergi ödənişlərinin azaldılması faktını təsdiq edir. Sonra isə öz qərarında göstərir  ki, mənimsəmə faktı təsdiqini tapmadıgına görə, heç kim təqsirləndirilən şəxs kimi cəlb olunmayıb. Daha doğrusu, müstəntiq Tural Yaqubov öz qərarında əvvəlcə şirkətin direktoru Abdulla Hüseynovun cinayət əməllərini təsdiq edir, sonra isə göstərir ki, cinayət əməllərini törədən şəxs müəyyən olunmadı.

Ən maraqlısı isə odur ki, müstəntiq Tural Yaqubov vergidən yayınma, yəni 7 792 604.28 manat vergi ödənişlərinin azaldılması faktına da göz yumaraq, Azərbaycan dövlət büdcəsinə ödəniləcək vəsaitin də qarşısını almışdır.

Sonradan mənə məlum oldu ki, həqiqətən İlqar Əsədovun arxasında duran şəxs var və o, Qafqaz Müsəlmanları İdarəsinin rəisi Allahşükür Paşazadənin oglu Məhəmməddir. Bu məsələni bilən kimi, Qafqaz Müsəlmanları İdarəsinə gedərək, Şeyx həzrətlərinin qəbuluna düşmək istədim. Mümkün olmadı. İdarənin işciləri Etibar və Rüfət adlı şəxslərlə danışdım(Məndə həmin şəxslərin telefon nömrələri də var). Onlar bildirdilər ki, Şeyx həzrətləri tapşırıq verib, İlqar Əsədov sizinlə ortaq məxrəcə gələcək. Bundan əlavə, Məhəmmədin nümayəndəsi Xəyal Bəşirov adlı şəxs də mənimlə görüşdü. O da mənə bildirdi ki, ortaq məxrəcə gəlin. Lakin heç bir nəticə olmadı.

Onu da bildirmək istəyirəm ki, bütün bunlar azmış kimi, “Milan-A” MMC-nin gəlirlərini mənimsəyən  İlqar Əsədov öz qocu dəstəsi vasitəsi ilə əmlakımı işgal edərək, mənə məxsus olan əmlakın ərazisinə girməyə icazə vermir.

Cənab Prezident!

Cənab Baş prokuror!

Ulu öndərimiz dəfələrlə çıxışlarınızda vurğulayıb ki, “təqsirsiz şəxs cəzalandırıldıqda, cinayt törətmiş şəxs isə cəzasıq qaldıqda dövlət sarsıla bilər”.

Cinayət təqibi orqanı və digər vəzifəli şəxslər hazırkı cinayət işi üzrə Cinayət Prosessual Məcəlləsinin müddəalarını kobud şəkildə pozmuşlar. Mən digər vəkil və hüquqşünaslardan maraqlanıb öyrənmişəm ki, hələ indiyə qədər Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəllsinin 308-ci maddəsi ilə başlanmış cinayət işlərinə xitam verilməmişdir. Ən yaxşı halda belə cinayət işləri baxılması üçün məhkmə orqanlarına göndərilmişdir.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə başlanmış cinayət işinə xitam verilməsi məni məyus və müflis etmişdir. Zərərçəkmiş şəxs kimi hüquqularım kobud surətdə pozulmuşdur. Mən indi başa düşmüşəm ki, Korrupsiya idarəsi İlqar Əsədovun mənafeyinə uyğun hərkət edərək cinayət işinin xitamına nail ola bilmişdir. Orqan öz nüfuzundan istifadə edərək mənə müxtəlif vədlər verib, cinayət işinin məhkəməyə göndərilməsinə inandırmışdır. Mən də onların dediklərinə inanaraq, cinayət işinin məhkəməyə göndərilməsini gözləmişəm.

Lakin sonradan cinayət işinə qanunsuz əsaslarla xitam verildiyini öyəndim. Həmin qərardan çətinliklə olsa da şikayət verdim. Lakin məhkəmələr də nəzarət qaydasında verdiyim şikayətləri təmin etməyib, həmin qanunsuz və ədalətsiz qərarları qüvvədə saxladılar.

Cənab Prezident!

Cənab Baş prokuror!

Sizin ədalət və mərhəmətinizə arxalanaraq, əmlakımı mənimsəyib əlimdən alan İlqar Əsədovun qanunsuz əməlləri barədə Baş Prokurorlugun Korrupsiya qarşı Mübarizə Baş İdarəsində xitam olunmuş cinayət işinin ləgv olunaraq yenidən cinayət təqibinin davam etdirilməsinə göstəriş verməyinizi xahiş edirəm”.

Hazırladı: Jalə FAMİLQIZI

Hurriyyet.az

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Seçilən
130
50
hurriyyet.az

10Mənbələr