“Ermənistan Şimal-Cənub dəhlizi çərçivəsində əsas rol oynaya bilər”.
News24.az xəbər verir ki, bu barədə İranın yollar və şəhərsalma naziri Mehrdat Bəzrpaş bildirib.
Onun sözlərinə görə, Ermənistan İran üçün çox önəmlidir.
Bəzrpaş qeyd edib ki, İran Azərbaycanın Zəngəzur dəhlizi ideyası ilə razılaşmır.
“Zəngəzur dəhlizi ilə razı olmadığımızı dəfələrlə bəyan etmişik, Azərbaycanın müxtəlif rəsmiləri ilə görüşlərdə də bunun əleyhinə olduğumuzu bildirmişik. Bizim siyasətimiz Qafqazda sülhə əsaslanır və biz hər cür xarici müdaxiləni pisləyirik. İnanırıq ki, region ölkələri ən yaxşı qərarları özləri verə biləcəklər. İran həmişə (işğal dövründə olduğu kimi - red.) Ermənistanın ərazi bütövlüyünü dəstəkləyib və bundan sonra da dəstəkləyəcək: “İki ölkə arasında yaradılan infrastrukturlar qonşu ölkələr arasında sabit sülhün bərqərar olmasına yönəlib”,- deyə o vurğulayıb.
Ayşən