AZ

Nikoldan Rusiyaya daha BİR ZƏRBƏ – Yeni qurum YARADILIR

“Yaxın vaxtlarda Ermənistanın hüquq-mühafizə sistemində xüsusi şöbə yaradılacaq. Onun funksiyası Ermənistan ərazisindən keçən beynəlxalq rabitə, yük, nəqliyyat vasitələri və insanların təhlükəsizliyini təmin etmək olacaq”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə keçirilən “İpək Yolu” beynəlxalq konfransında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bölmə patrul polisi ilə birgə fəaliyyət göstərəcək. Bundan əlavə, Paşinyan Ermənistanın bütün kommunikasiya yollarını açmağa hazır olduğunu bir daha təsdiqləyib. Onun sözlərinə görə, bu, regionda sülh və sabitliyi gücləndirəcək.

Azərbaycanla sülh müqaviləsinə toxunan erməni baş nazir bu prosesin yaxın aylarda uğurla başa çatacağını bildirib. Paşinyan bir daha bəyan edib ki, Ermənistan Azərbaycanın 86,6 min kvadrat kilometr ərazisini rəsmən tanıyır və  tərəflər 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında sərhədin delimitasiyası həyata keçirmək barədə razılığa gəliblər.

Vəli Həsənov,

KONKRET.az

Seçilən
683
33
konkret.az

10Mənbələr