AZ

Şeyx Əbdüldən aktrisaya sərt CAVAB: "Onlar ədəbsizdirlər"

Aktrisa və prodüser Sevinc Əliyeva qonaq olduğu "Qapqara" verilişində qəribə açıqlama verib. O, cəmiyyətimizdə ictimai qınağın olduğunu bildirib və bunun önəmli olmadığını vurğulayıb.

Aktrisanın bu fikirləri birmənalı qarşılanmayıb.

Publika.az xəbər verir ki, mövzu ilə bağlı bizim.media-ya danışan rejissor, Xalq artisti Şeyx Əbdül Mahmudov bildirib ki, ictimai qınağı nəzərə almayanlar məsuliyyətsiz və ədəbsiz adamlardır:

"Bu adamların ədəblə, tərbiyə ilə problemləri var. İctimaiyyət xalq deməkdir. Əgər xalqın fikri nəzərə alınmırsa, onda o aktrisa hansı cəmiyyəti, hansı xalqı təmsil edir?! Sevinc Əliyeva çox böyük səhv edir. Bu sözlərinə görə o, xalqdan üzr istəməlidir.

Konstitusiyamızda yazılıb ki, dövlətin mənbəyi xalqdır. Xalqın fikrini nəzərə almayan biri nə bu xalqa, nə də bu dövlətə hörmət etmir. Belə düşünənləri sənətdən qovmaq lazımdır".

Seçilən
54
16
publika.az

10Mənbələr