“Ssenari ilə tanış olanda görürsən ki, açıq-saçıq səhnə yer alıb. Yəni, bu vacibdirmi… Vacibdirsə, yalnız reytinq üçün yazılıb. O səhnənin həqiqətən bədii tərəfdən məqsədi varsa, o zaman mən qəbul edirəm, amma normal çərçivədə”.
Bu sözləri aktrisa Sevinc Əliyeva “Qapqara” yutub layihəsində deyib. Sənətçi açıq-saçıq səhnədə çəkilməklə bağlı sualları cavablandırıb:
“Sözsüz ki, digər ölkədə olsaydıq və başqa mentalitetdə böyüsəydik, dilimiz, dinimiz tam fərqli olsaydı… İctimai qınaq sözsüz ki, bizdə var. Bu, hər bir şeyə aiddir. Mənim üçün ictimai qınaq önəmli deyil. Əgər önəmli olsaydı həyatım başqa cür olardı.
Açıq-saçıq səhnələrin yer aldığı bir filmdə çəkilmək təklif olunub. Soruşuram ki, niyə? Rejissor cavab verir ki, o zaman niyə aktrisa olmusan? Sırf bunun üçün aktrisa olmamışam”. / Axşam.az