Səudiyyə Ərəbistanında həcc zamanı istiyə görə 577 zəvvar ölüb.
Publika.az xəbər verir ki, bu barədə "Frans-Press" (AFP) agentliyi mənbəsinə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, ölənlərdən azı 323-ü misirlidir. Onların ölümünə səbəb isti hava olub, təkcə biri izdihamda ölümcül xəsarətlər alıb.
Bundan başqa həlak olanlardan azı 60 nəfəri də iordaniyalıdır.