Səudiyyə Ərəbistanında həcc zamanı istiyə görə 577 zəvvar ölüb.Bu barədə "Frans-Press" (AFP) agentliyi mənbəsinə istinadən məlumat yayıb.Mənbə bildirib ki, ölənlərdən azı 323-ü misirlidir. Onların ölümünə səbəb isti hava olub, təkcə biri izdihamda ölümcül xəsarətlər alıb. Bundan başqa həlak olanlardan azı 60 nəfəri də iordaniyalıdır.Qeyd edək ki, Səudiyyə Ərəbistanının Milli Meteorologiya Mərkəzi iyunun 17-də Məkkədəki Böyük məsciddə temperaturun 51,8 dərəcəyə çatdığını qeyd edib./Oxu.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta