AZ

Güclü küləklə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Güclü

İyunun 29-dan iyulun 1-i axşamadək bölgələrdə gözlənilən güclü küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı və narıncı xəbərdarlıq verilib.

Xidmətdən APA-ya verilən xəbərə görə, sarı xəbərdarlığa uyğun olaraq Ağstafa, Şəmkir, Tovuz, Samux, Bərdə, Tərtər, Göygöl, Ağdam, Ağcabədi, Balakən, Zaqatala, Şəki, Qax, Naxçıvan MR-da şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Narıncı xəbərdarlığa əsasən Naftalan, Goranboy, Gəncə, Yevlax, Mingəçevir, Daşkəsən rayonlarında şərq küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.

Seçilən
158
49
xalqcebhesi.az

10Mənbələr