AZ

Milli Hidrometeorologiya Xidməti küləkli hava şəraiti ilə bağlı “sarı” və “narıncı” xəbərdarlıq edib

İyunun 29-dan iyulun 1-i axşamadək bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib.



Milli Hidrometeorologiya Xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, sarı xəbərdarlığa uyğun olaraq Ağstafa, Şəmkir, Tovuz, Samux, Bərdə, Tərtər, Göygöl, Ağdam, Ağcabədi, Balakən, Zaqatala, Şəki, Qax rayonlarında və Naxçıvan Muxtar Respublikasında şərq küləyi əsəcək, küləyin sürəti 13,9-20,7 metr/saniyə təşkil edəcək.
Narıncı xəbərdarlığa əsasən Naftalan, Goranboy, Gəncə, Yevlax, Mingəçevir, Daşkəsən rayonlarında isə şərq küləyinin əsəcəyi və küləyin sürətinin 20,8-28,4 metr/saniyə olacağı gözlənilir.








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Seçilən
142
49
nuhcixan.az

10Mənbələr