AZ

UKRAYNA ORDUSU RUSİYANIN 16 TANKINI MƏHV EDİB

Xəbər verdiyimiz kimi, Niderland hökuməti Ukraynaya "F-16" qırıcılarını verməyə hazırlaşır...

Tezadlar.az CNN-ə istinadla xatırladır ki, bu xəbər Ukrayna ordusunda böyük ruh yüksəkliyi yaratmaqdadır. Yəqin elə buna görədir ki, Ukrayna Silahlı Qüvvələri ötən sutka ərzində Rusiya ordusunun 1180 canlı qüvvəsini, eləcə də 16 tankını və 57 artilleriya sistemini məhv edib. Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatından bəlli olur ki, bununla da müharibə başlayandan rusların itirilən canlı qüvvələrinin ümumi sayı 546 270 nəfərə çatıb.Sitat: personal - təxminən 546270 (+1180) nəfər,tanklar - 8123 (+16) ədəd,zirehli döyüş maşınları - 15583 (+17) ədəd,artilleriya sistemləri - 14712 (+57) ədəd,MLRS - 1115 (+1) vahid,hava hücumundan müdafiə sistemləri - 876 (+2) ədəd,təyyarə - 360 (+0) ədəd,helikopterlər - 326 (+0) ədəd,Əməliyyat-taktiki səviyyəli PUA - 11668 (+27),qanadlı raketlər - 2336 (+1),gəmilər/qayıqlar - 28 (+0) ədəd,sualtı qayıqlar - 1 (+0) ədəd,avtomobil avadanlığı və yük maşınları - 19850 (+63) ədəd,xüsusi texnika - 2464 (+12).

Müharibə isə öz itkiləri ilə davam edir.

A.Məmmədli

Seçilən
75
9
tezadlar.az

8Mənbələr