AZ

Ukrayna ordusu 400 dəfə zəhərli maddələrdən istifadə edib?

"Ukrayna 400 dəfədən çox zəhərli kimyəvi maddələrdən istifadə edib".

News365.az xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin rəisi general-leytenant İqor Kirillov deyib.

O qeyd edib ki, əksər faktlar Rusiya Müdafiə Nazirliyinin akkreditə olunmuş laboratoriyası tərəfindən rəsmən təsdiqlənib.

Qeyd edək ki, müharibə başlayandan rəsmi Kiyevdə oxşar ittihamlarla çıxış edib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər. 

Tural

News365.az


Seçilən
108
9
news365.az

8Mənbələr