AZ

Azərbaycanda kişilər qadınlardan daha çox intihar edir

Pandemiya dönəmindən və 2-ci Qarabağ müharibəsindən sonra intiharlarda artım özünü göstərir.

Bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatında əksini tapıb.

Qeyd edilib ki, burada müharibə sonrası travmaların da rolu var. İntihar edənlərin gender balansı da Azərbaycanda dünya ortalamasından kəskin şəkildə fərqlənir:

“Azərbaycanda 2015-ci ildə hər 1 qadına nisbətdə 4,82 kişi intiharı qeydə alınıb ki, bu da qadınlara nisbətdə kişilərin 5 dəfəyə yaxın çox intihar etdiyini göstərir.

Bu statistika qlobal statistikada intihar edən kişi-qadın nisbətindən 2,2 dəfə çoxdur.

İntiharla ölüm faktı regional statistikada da yüksəlib. Ümumdünya Səhiyyə Təşkilatının 2015-ci ildə Avropada 50 ölkə arasında ən aşağı intihar sayı olan ölkə kimi göstərdiyi Azərbaycan 2019-cu il statistikasında 4 pillə geriləyib”.

Seçilən
784
9
sportinfo.az

10Mənbələr