Kim Çen İn qızını varis seçdi
Şimali Koreya lideri Kim Çen İn qızı Çju Eni siyasi hakimiyyətin potensial varisi seçib.
Aktual.az xəbər verir ki, bunu Cənubi Koreyanın birləşmə naziri Kim Yon Ho deyib.
"Hazırda belə bir ehtimalı istisna edə bilmərik”, - nazir bildirib.
Qeyd edək ki, Şimali Koreya liderinin qızı 10 yaşlı Çju E ilk dəfə ötən ilin noyabrında ictimaiyyət qarşısına çıxıb. E həmin vaxt atası ilə birlikdə "Hvanson-17” qitələrarası ballistik raketin buraxılış mərasimində iştirak edib.