Şimali Koreya lideri Kim Çen In siyasi hakimiyyətin potensial varisi kimi qızı Kim Cu Aeni seçib.
“Qafqazinfo” “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə Koreya Respublikasının birləşmə naziri Kim Yonq Ho bildirib.
Bildirilib ki, Kim Cu Aenin 10 yaşı var. Onun ilk ictimaiyyət qarşısında çıxışı ötən ilin noyabrında atası ilə birlikdə “Hwasong-17” qitələrarası ballistik raketinin buraxılışında olub. Bundan sonra o, dəfələrlə Kim Çen Inla ictimai tədbirlərdə, o cümlədən sentyabrın 8-də KXDR-in yaradılmasının 75-ci ildönümünə həsr olunmuş paradda iştirak edib.