AZ

İngiltərə - İsveçrə oyununda penaltilər seriyası - Yenilənir

style='margin-bottom:10px;'>

Avro-2024-də bu gün 1/4 finalın son oyunları keçirilir.

QOL.az xəbər verir ki, günün ilk matçında İngiltərə və İsveçrə milliləri üz-üzə gəlir. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

İngiltərə 1/8 finalda Slovakiyanı (2:1), İsveçrə isə İtaliyanı (2:0) mübarizədən kənarlaşdırıb.

Günün son matçında Türkiyə millisi Niderlandla qarşılaşacaq. Fransalı referi Klement Turpinin idarə edəcəyi matç saat 23:00-da başlayacaq. Türkiyə millisi 1/8 finalda Avstriyanı (2:1), Niderland isə Rumıniyanı (3:0) məğlub edib.

Bu oyunların qalibləri yarımfinalda bir-birinə rəqib olacaqlar.

Xatırladaq ki, ötən gün keçirilən iki oyundan sonra İspaniya və Fransa yarımfinala yüksəlib.

 

6 iyul

Avro-2024

1/4 final

20:00. İngiltərə - İsveçrə - 1:1 (Penaltilər seriyası)

Qollar: Embolo, 75 (0:1), Saka, 80 (1:1)

Baş hakim: Daniele Orsato (İtaliya).

Düsseldorf, "Esprit Arena".

23:00. Niderland - Türkiyə

Baş hakim: Klement Turpin (Fransa).

Berlin, Olimpiya stadionu.

 

5 iyul

İspaniya - Almaniya - 2:1

Portuqaliya - Fransa - 0:0 (penaltilər seriyası - 3:5)

Seçilən
111
8
teleqraf.com

10Mənbələr