Avro-2024-də bu gün 1/4 finalın son oyunları keçirilib.
SİA Qol.az-a istinadən xəbər verir ki, oynanılan iki matçla son iki yarımfinalçı da bəlli olub.Günün ilk matçında İngiltərə və İsveçrə milliləri üz-üzə gəlib. Oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan İngiltərə (5:3) yarımfinala yüksəlib.
Günün son matçında Türkiyə millisi Niderlandla qarşılaşıb. Oyunda hesabı Türkiyə millisi açsa da, Niderland yığması 2 qol vuraraq əzmkar qələbə qazanıb. Beləliklə,Türkiyə millisi Avropa çempionatı ilə vidalaşıb.
Niderland isə yarımfinalda İngiltərə ilə qarşılaşacaq.
Xatırladaq ki, ötən gün keçirilən iki oyundan sonra İspaniya və Fransa yarımfinala yüksəlib.
6 iyul
Avro-2024
1/4 final
23:00. Niderland - Türkiyə - 2:1
Qollar: Samet Akaydın, 35 (0:1), Stefan de Vrij, 70 (1:1), Kodi Qakpo, 76 (2:1)
Baş hakim: Klement Turpin (Fransa).
Berlin, Olimpiya stadionu.
20:00. İngiltərə - İsveçrə - 1:1 (Penaltilər seriyası - 5:3)
Qollar: Embolo, 75 (0:1), Saka, 80 (1:1)
Baş hakim: Daniele Orsato (İtaliya).
Düsseldorf, "Esprit Arena".
5 iyul
İspaniya - Almaniya - 2:1
Portuqaliya - Fransa - 0:0 (penaltilər seriyası - 3:5)