AZ

Azərbaycan hökuməti 2024-də neft qiymətilə bağlı proqnozunu açıqladı

Cari ilin yanvar-sentyabr aylarında müxtəlif markalar üzrə orta hesabla neftin aylıq qiyməti 80,6 ABŞ dollar təşkil edib.

Valyuta.az xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi” layihəsinə Hesablama Palatasının rəyində əksini tapıb.

Rəyə əsasən, qeyd olunan orta qiymət illik müqayisədə 21 dollar və ya 20,7% aşağıdır.

“Baxılan dövr ərzində ən yüksək neft qiymətləri sentyabr ayında qeydə alınıb, “Brent” markalı xam neftin qiyməti cari ildə ilk dəfə olaraq 90 dolları keçərək 92,6 dollara yüksəlib”, - sənəddə bildirilir.

Sənəddə qeyd olunur ki, ilin əvvəlindən demək olar ki, 75-85 dollar ətrafında hərəkət edən neft qiymətlərinin yüksəlməsi iqtisadi artımla bağlı narahatlıqların aradan qalxması, ölkələr üzrə tələbin aktivliyinin davam etməsi fonunda son aylarda mühüm iqtisadi göstəricilərin yaxşılaşması, eləcə də OPEC təşkilatının hasilatın azaldılmasına dair açıqlamaları ilə izah edilə bilər.

“Proqnozlara əsasən, növbəti ildə neft qiymətlərinin əsasən 80-95 dollar intervalında dəyişəcəyi gözlənilir. Neft qiymətlərinin proqnozlaşdırılması zamanı 2023-cü ilin son aylarında müşahidə olunan geosiyasi konfliktlər, əsas neft ixracatçılarının hasilatın azaldılması ilə bağlı gözləntiləri, neft tələbatının təmin olunma səviyyəsi və s. diqqətdə saxlanılıb”, - rəydə vurğulanır. (Marja)

Seçilən
494
26
valyuta.az

10Mənbələr