AZ

Yaxın Şərqdəki hadisələrə görə fərqli səhnə ilə üzləşə bilərik - Deputat

“2023-cü ildə dünya iqtisadiyyatı azalan xammal qiymətləri, sərt monetar və stimullaşdırıcı büdcə siyasətləri fonunda mülayim templərlə inkişaf edib. İnflyasiya templəri azalsa da, onun hələ də yüksək olması və dünyada geosiyasi-geoiqtisadi qarşıdurmanın artması qlobal iqtisadi artmın sürətlənməsinə mane olub.


Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib. 

 

“Beynəlxalq təşkilatların proqnozuna əsasən, 2023-cü ildə qlobal iqtisadi artımın 2.5-3.0% arasında, 2024-cü ildə isə 2.1-2.9% arasında olması gözlənilir. 

 

2023-cü ilin yanvar-sentyabr aylarında neftin 1 barelinin orta aylıq qiyməti illik müqayisədə 21,0 ABŞ dolları və ya 20,7% azalaraq 80,6 ABŞ dolları təşkil etmiş, 2024-cü ildə neftin 1 barelinin dünya bazarlarında orta qiymətinin 80-95 dollar olacağı proqnozlaşdırılır. Amma eyni zamanda Yaxın Şərqdə baş verən hadisələr fonunda tamamilə fərqli səhnə ilə üzləşəcəyimiz də istisna deyildir. 


Beynəlxalq təşkilatların hesablamarına əsasən növbəti ildə sərt monetar siyasətin təsirlərinin davam edəcəyi, eləcə də tələb təzyiqlərinin səngiyəcəyi gözləntiləri ilə qlobal miqyasda inflyasiya proseslərinin mülayim xarakter alacağı proqnozlaşdırılır. Bu proqnozlara görə qlobal orta illik inflyasiyanın bu ilin sonuna 6.9%, 2024-cü ildə isə 5.8% olacağı proqnozlaşdılır. Artan əmək xərcləri, xammal bazarlarında, o cümlədən enerji məhsulları bazarında yüksək volatillik inflyasiya risklərinin hələ də aktual olacağını göstərir. Bu risklər fonunda fiskal və monetar siyasətin sinxron şəkildə aparılmasının növbəti ildə də zəruri olacağı ethimal edilir.


2024-cü ildə qlobal dövlət borcunun artaraq onun ÜDM-ə nisbətinin inkişaf etmiş ölkələr üzrə 112,7%, inkişaf etməkdə olan ölkələr üzrə isə 70,1% olacağı proqnozlaşdırılır. Qeyd edim ki, Azərbaycanda bu göstərici 14.5%-dir”, - deyə komitə sədri qeyd edib.

phrase_var_article.chosen
554
26
modern.az

10phrase_var_article.sources