AZ

Neft sürətlə ucuzlaşır: Qlobal iqtisadiyyatda problemlər...

Dünya bazarında neft qiymətləri sürətlə düşür. Artıq Brent neftinin yanvar fyuçersləri üzrə bir barelinin qiyməti 82,61 dollara, WTI neftinin dekabr fyuçersləri 78.43 dollara ticarət olunur. Halbuki hərraclar başlananda – səhər saatlarında qiymətlər 85 və 81 dollar ətrafındaydı.

Analitiklər bu ucuzlaşmanı qlobal iqtisadiyyatın inkişaf tempinin zəifləməsi nəticəsində tələbatın azalması ilə əsaslandırırlar. Wood Mackenzie ekspertləri qeyd edirlər ki, Avropada aşağı iqtisadi artım sənaye sektoruna mənfi təsir göstərir və bu da öz növbəsində benzin və dizel yanacağına tələbatın azalmasına gətirib çıxarır. Almaniyanın Federal Statistika İdarəsinin (Destatis) bu gün açıqladığı məlumata görə, ölkədə sənaye istehsalı sentyabr ayında əvvəlki ayla müqayisədə 1,4 faiz azalıb. Halbuki “Trading Economics” ekspertləri orta hesabla cəmi 0,1% azalma proqnozlaşdırırdılar.

Bu gün həmçinin Çindən də bazar üçün mənfi sayılacaq məlumat açıqlanıb: oktyabr ayında ölkənin ixracı gözləniləndən daha kəskin azalma göstərib.

Musavat.com

phrase_var_article.chosen
636
25
musavat.com

10phrase_var_article.sources